Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Milli baş geyimi və  örtükləri" layihəsinə start veriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi, Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Milli baş geyimi və  örtükləri" layihəsinə start verilir.
Lahiyənin ilk tədbiri 28 iyun 2025-ci il saat 14:00-da milli baş örtüklərindən ibarət sərgi və konsert proqramı ilə Xətai Sənət Mərkəzində açılacaq.
Məqsəd Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin tədqiqi, təbliği və bu mədəni irsin gələcək nəsillərə ötürülməsinə xidmətdən ibarətdir. 
Layihənin icrası zamanı milli baş geyimlərinin yalnız tarixi  və sosial funksiyasını işıqlandıraraq ictimai diqqəti bu sahəyə yönəldiləcək. Lahiyənin davamı Səlyan, Hacıqabul, Saatlı və Kürdəmir şəhərlərində həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Sərgi vasitəsilə izləyicilər milli baş geyimlərinin zənginliyi və müxtəlifliyi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Best coffeeshop in Berlin