Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Lionel Messi Türkiyəyə gəlir

Zəlzələdən zərər çəkənlərin xeyrinə bir matç etmək üçün Türkiyə və Argentina ilə əlaqə qurulub. Razılıq əldə olunarsa, Lionel Messi matçı oynamaq üçün Türkiyəyə gələcək. Türkiyə və Argentina millilərinin Qaziantepdə zəlzələdən zərərçəkənlərin xeyrinə oyun keçirməsi gündəmə gəlib. Lionel Messi İnstaqram hesabında Kahramanmaraş mərkəzli zəlzələlərin ilk günlərində zəlzələ qurbanlarına diqqət çəkib. Argentinalı futbolçu paylaşıb: "Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlər yaşayırıq. Ürəyim onlarladır. UNICEF ilk gündən bölgədə uşaqları qorumaq üçün çalışır. Sizin köməyiniz əvəzsizdir”.

Diana

Best coffeeshop in Berlin