YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
RÜSTƏM İSMAYILOV:
Xalq rəssamı Arif Əziz “Leonardo da Vinçi” ordeni ilə təltif edilib
Azərbaycanın Xalq rəssamı, professor Arif Əziz 80-illik yubileyi ilə əlaqədar Hökümətlərarası Ali Elmi Şura və UNESCO yanında fəaliyyət göstərən “Yeni era” Dünya Rəssamlıq Akademiyasının «Leonardo da Vinçi” ordeni ilə təltif olnub. Orden Avropa İntibahının dahisi, görkəmli rəssam, mühəndis və ixtiraçı Leonardo da Vinçinin yubileyi ilə əlaqədar təsis edilib, dünya incəsənətinin inkişafına əhəmiyyətli tövhələr verən və təsviri sənətlər, mədəniyyət və elm sahələrində xüsusi xidmətləri olan xadimlərə təqdim olunur.
Müasir Azərbaycan incəsənətində Xalq Rəssamı, “Şöhrət” ordenli, professor Arif Əzizin yaradıcılığı xüsusi əhəmiyyətə malikdir. XX əsrin 1970-ci illərindən başlayaraq Arif Əziz, dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, ciddi tərzdə Azərbaycan incəsənətinin müasir mənzərəsinin formalaşmasına təsir göstərməkdədir.


