Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Teymur Rəcəbov "Şahmat ulduzları 5.0" turnirində

Rusiya Federasiyasının paytaxtı Moskvada şahmatin rapid və blits növü üzrə keçirilən və Azərbaycan təmsilçisi Teymur Rəcəbovun da qatıldığı "Şahmat ulduzları 5.0" beynəlxalq turnir davam edir. 

Xatırladaq ki, mükafat fondu 15 milyon rubl (təxminən 315 min manat) təşkil edən turnirdə rapid yarısını 5-ci yerdə bitirən Rəcəbov dünən ştatı verilən blits yarısında isə 9 turdan sonra topladığı 10 xalla yarış cədvəlində 4-cu yerdədir. Hazırda o, yarışa liderlik edən Vladislav Artemevdən 5.5 xal geri qalır. Bu gün keçiriləcək 9 turla turnirə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin