Üç güləşçimiz dünya reytinqinə başçılıq edir
Birləşmiş Güləş Birliyi (UWE) güləşçilərin dünya reytinq cədvəlinin iyulun birinə olan vəziyyətini elan edib. Maraqlıdır ki, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının müxtəlif çəki dərəcəsində olan üç üzvü öz çəkisinin lideridir. Bu trioda dəfələrlə Avropa və dünya çempionu olan Eldəniz Əzizli (55 kq), Nihad Məmmədli (63 kq) və Ülvi Qənizadə (72 kq) yer alıb.
Digər klassiklərimiz gəlincə, Həsrət Cəfərov (67 kq) ikinci, Qurban Qurbanov (82 kq) üçüncü pillədə qərarlaşıb. Sənan Süleymanov (77 kq) isə Top-10-da dördüncüdür.
Sərbəst güləş üzrə Azərbaycan millisinin üzlərinə gəlincə, burada ən yaxşı göstərici Qeorqi Meşvildişviliyə (125 kq) məxsusdur. O, öz çəkisində ilk üçlüyü tamamlayır. Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq) və Məhəmmədxan Maqomedov (97 kq) triosu isə dördüncü yeri tutur.
Təəssüflər olsun ki, qadın yığmamızın üzvlərindən heç biri Top-10-da yer ala bilməyib.
Yeri gəlmişkən, 17-20 iyul günlərində Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında növbəti dünya çempionatı keçiriləcək.
İNTİQAM Məmmədov


