Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

20 yaşlı güləşçilərin AÇ-ni davam edir 

Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşlı gənclər arasında  idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Çempionatın ilk iki günü başa çatınca qızlar mübarizəyə qatılıb. Qızların ilk yarış günü Azərbaycan yığmasının iki üzvü - Elvina Kərimova (50 kq) və Günay Qurbanova döşək üzərinə çıxib. Bu cütlüyümüzdən Elvina çıxışını startda bitirincə, Günay 1/4 finala yüksəlib.

Yeri gəlmişkən, bu gün axşam saatlarında isə yunan-Roma güləşi üzrə yığmamızın 4 üzvü medal görüşünə çıxacaq.  Onlardan Ayxan Cavadov (60 kq),  Fərahim Mustafayev (63 kq), Seymur Qasımov (72 kq) və Elmin Əliyevsə (82 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Xatırladaq ki, çempionatın ikinci günü üç klasikimiz yalnız finalda uduzaraq çıxışını ikinci yerdə bitirib. Bu üçlükdə isə, Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) vəFavud Məmmədov (77 kq) yer alıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin