Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri Doktoru diplomu təqdim olunub +FOTO=17

AZpress.AZ xəbər verir ki, iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin (AzTU) Fəxri Doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Əvvəlcə AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub.

Tədbir iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev Ersin Tatarın Türk dünyası birliyi üçün xidmətlərindən danışıb.

Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri Doktor diplomu təqdim edilib. 

AzTU-nun Fəxri Doktoru, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar da öz növbəsində təşəkkürünü ifadə edib, bundan sonra da Türk dünyasının həmrəyliyi istiqamətində səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.

Foto Araz Məmmədov

Best coffeeshop in Berlin