Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın güləşçimiz Günay Məmmədova AÇ -nin finalında

Şimali Makedoniyanin paytaxtı Skopyedə 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı davam edir. Azərbaycan komandasınin da iştirak etdiyi bu çempionatda dünən zərif cinsdən olan güləşçilər mübarizəyə qatılıblar. Ölkəmiz həmin yarışda iki idmançı ilə təmsil olunub ki, onlardan da biri daha yaxşı güləşərək finala yüksəlib. Söhbət 59 kq çəkidə döşək üzərinə çıxan və  yarımfinalda belaruslu Marta Hetmanovaya tam üstünlüklə (11:0) qalib gələn Günay Məmmədovadan gedir. Günay günün sonunda çempionluq uğrunda həlledici final görüşünə çıxacaq. Rəqibsə türkiyəli Sevim Akbaş olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin