Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha bir ölkə Rusiyaya nota verdi

Polşa Xarici İşlər Nazirliyi (XİN) Rusiya diplomatik missiyasına ölkənin Kiyevdəki səfirliyinə zərər dəyən hava hücumunda ittiham edərək nota göndərib.

Bu barədə Polşa Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə hava hücumlarına kəskin etirazını bildirən nota göndərib”, - deyə məlumatda bildirilir.

Nazirlik qeyd edib ki, hücum "beynəlxalq hüquqa, xüsusən də Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına ziddir".

Best coffeeshop in Berlin