Paşinyan: II Qaregin arxiyepiskopların hərbi çevriliş etmək planlarını bölüşür
Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin (AAK) arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyanın cinayət təqibinin qanunsuz olması ilə bağlı bəyanatına cavab verib.
Erməni mətbuatının yazdığına görə, baş nazir sosial şəbəkələrdəki dərcində onları ölkədə hərbi çevriliş hazırlamaqda ittiham edib.
“Əgər Ktrix Nersisyan (katolikosun dünyəvi adı) Vazgen Qalstanyan və Gevorq Ajapaxyanın həbsini qanunsuz hesab edirsə, o, yuxarıda adıçəkilən şəxslərin hərbi çevriliş etmək və ölkədə xaos yaratmaq ideologiyasını və planlarını bölüşür. Xüsusən də Ktriçin və bir neçə başqa şəxslərin sayəsində bu ərazilər zina üçün bağlanmayıb”, o qeyd edib.
Xatırladaq ki, iyunun 26-da Ermənistan İstintaq Komitəsi ölkədə terror aktlarının təşkili və hakimiyyətin ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilən “Müqəddəs Mübarizə” hərəkatının liderləri və iştirakçılarından 15 nəfərin iki ay müddətinə həbs edildiyi barədə məlumat yayıb. Həbs edilənlər arasında hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan, daha iki din xadimi, Artsax parlamentinin keçmiş deputatı David Qalstyan, istefada olan polkovnik Miqran Maxsudyan və Daşnaksütyun üzvü İqor Sarkisyan da var. Daha sonra həbs olunanların sayı 16 nəfərə çatıb.


