"Mütaliəni sevirik" adlı yeni layihə həyata keçirilib +FOTO=17
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik" adlı yeni layihə həyata keçirib.
Layihənin məqsədi uşaq evlərində olan balacalara mütaliə və kitabı sevdirməkdən ibarətdir.Layihə ilk olaraq “Ümid yeri” uşaq sığınacağında keçirilib.
Kitabxana əməkdaşı balacalara uşaq yazıçısı Gülzar İbrahimovanın nağıllarından ibarət parçalar səsləndirib.
Qeyd edək ki,kitabxanaların uşaqlarla apardığı tərbiyəvi işin xüsusi əhəmiyyəti bir də ondan ibarətdir ki, uşaq yaşlarında oxunan və dinlənən hər bir kitab dərin iz buraxır.
Nağılların tərbiyəvi əhəmiyyəti uşaqlara aşılanıb, onlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb nağıl qəhrəmanlarının dünyasına səyahət ediblər.


