Azərbaycan boksçuları yarım ildə nə qazanıblar?
Azərbaycan Boks Federasiyası cari ilin (2025-ci il) geridə qalan ilk yarısında boksçularımızın əldə etdikləri nailiyyətlər haqda məlumat yayıb. Məlum olub ki, boksçularımız cari ilin ilk 6 ayı ərzində iştirak etdikləri beynəlxalq turnirlərdə 126 medal qazanıblar. Bu medallardan 48-i qızıl, 29-u gümüş və 49-u bürünc əyarlı olub.
Bu isə o, anlama gəlir ki, boksçularımız 2025-ci ilin ilk 6 ayında dünyanın müxtəlif ölkələrində 48 dəfə himnimizi səsləndirib, 126 dəfə isə bayrağımızı yüksəklərə qaldırıblar.
İNTİQAM Məmmədov


