"Sabah" siftəsini son anda korlayıb
Dünən futbol üzrə UEFA Avropa liqasının ilkin təsnifat oyunlarına start verilməklə Köhnə Qitədə yenidən futbol həyacanı başlayıb. Bu heyəcan Azərbaycandan da yan keçməyib. "Sabah" FK tarixində ilk dəfə olaraq bu turnirə qoşulub və azərbaycanlı futbol azarkeşlərinə sözün əsil mənasında həyəcan yaşadıb. Litvalı mütəxəssis Valdas Dambrauskasin rəhbərliyi altında ilk dəfə UEFA bayraqı altında oyuna çıxan "Sabah" Sloveniyanın "Tsele" klubunu qəbul edib. Qeyd edək ki, Masazırda ki "Bank Respublika Arena" da Soleniyanin "Tsele" klubunu qəbul edən təmsilçimiz oyuna yaxşı başlasa da sonda şiftəsini korlayıb. Belə ki, taleyi qazaxıstanlı referi Daniyar Saxiyə həvalə edilən oyun qonaq komandanın 2:3 hesablı qələbəsi ilə başa çatıb. Düzdü, matçda ilk qolu sabah vurub. Komandamızın kapitanı Pavel Şafrankanin 3-cu dəqiqədə vurduğu dəqiq zərbədən sonra 'Sabah" erkən qolla hesabda irəli çıxıb -1:0. Lakin bu qol sevinci çox keçməyib. 7-ci dəqiqədə qonaqlardan Franko Kovacovic bərabərlik qolunu vurub - 1:1. Qarşılaşmanın 18-ci dəqiqəsində kapitalımız penaltı zərbəsini dəqiq yerinə yetirməklə dubl edib və bunula da özünün və komandasının ikinci qolunu vurub - 2:1. Komandamız üstün durumda fasiləyə yollanıb. Lakin ikinci hissənin əvvəlində (48-ci dəq) qonaq komandanın üzvü Kovacovic qapımıza vurduğu qolla həm dubla imza atıb, həm də pozulmuş statusu yenidən bərpa edib - 2:2. Oyun sülh şəraitində bitmək üzrə olarkən 90-ci dəqiqədə Mark Zabukovici əvəz edərək meydana girən Darko Xrka son saniyədə (90+3) "Sabah"in qapısına vurduğu dəqiq zərbə ilə bütün xəyalları alt-üst edib - 2:3.
Cavab oyunu iyulun 17-də Sloveniyada olacaq. Qeyd edək ki, elə evdəki oyunla növbəti mərhələyə adlamaq şansını sual altına salan "Sabah"ı qarşıda çətin sınaq gözləyir.
İNTİQAM Məmmədov


