YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Filarmoniyada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib- Rüstəm İsmayılov
Aprelin 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.
Musiqili gecədə Azərbaycan Respublikasının Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solist Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadə (tar) ifasını dinləyicilərə təqdim edib.
Proqramda Fikrət Əmirov “1001 gecə” baletindən “Orgiya”, Tofiq Bakıxanov Tar və orkestr üçün Konsert №5 (ilk ifa), Azər Dadaşov Simfoniya №14 “Mələyin günü”, Həmid Vəkilov Tar və orkestr üçün Konsert №2 (ilk ifa) səslənib.


