Ərdoğanın həyat yoldaşı çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib
Türkiyə prezidenti Rəcəb Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı emosional anlar yaşanıb.
Bu barədə İHA agentliyi məlumat yayıb.
Ərdoğan çıxışı zamanı terrorsuz Türkiyədən danışanda, qurbanlardan danışanda həyat yoldaşı Əminə Ərdoğan göz yaşlarını saxlaya bilməyib.
Ərdoğan çıxışını bitirdikdən sonra həyat yoldaşına yaxınlaşaraq onu qucaqlayıb.


