Ermənistan “Müstəqil Medianın gücləndirilməsi” üçün Aİ-dən 1,5 milyon avro alacaq
Aİ Qlobal Gateway strategiyasının bir hissəsi olaraq Ermənistana investisiyaları 2,5 milyard avroya çatdırmağı və “informasiya ekosistemini” dəstəkləmək üçün “müstəqil media” üçün 1,5 milyon avro ayırmağı öhdəsinə götürüb.
Baş nazir Nikol Paşinyan, Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Brüsseldə keçirilən görüşün əsas nəticələri birgə bəyanatda əksini tapıb.
Brüssel iddia edir ki, investisiyalar Ermənistanın dayanıqlığını dəstəkləmək üçün “inklüziv artıma” və “daha güclü əlaqələrə” töhfə verəcək.
Bundan əlavə, Aİ-nin 2024-cü ilin aprelində elan etdiyi 270 milyon avroluq Dayanıqlıq və İnkişaf Planı Aİ-nin Ermənistan üçün maliyyələşdirməsini 50% artırdı.
Bəyanatda Ermənistanın Cənubi Qafqazı sabitləşdirmək və Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq səyləri də xatırladılır. Liderlər həmçinin təhlükəsizlik və müdafiə məsələləri üzrə məsləhətləşmələrin başlandığını elan edib və Ermənistanın Aİ-nin iqtisadi təşəbbüslərində, o cümlədən Qara Dəniz Strategiyası çərçivəsində potensial iştirakını qeyd ediblər.


