Yeniyetmə boksçumuz Əminə Tağı AÇ-nin qalibidir
Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı artıq finişə yaxınlaşıb. Xəbər verdiyimiz kimi Azərbaycan bu yarışa 12 oğlan və 8 qız boksçu ilə qalib. Qızların yarışı bu gün başa çatacaq. Qeyd edək ki, 8 təmsilçimizdən 7-si demək olar ki, mükafatçılar arasında yer alıb. Onlardan üçü çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb, dördü isə finala yüksəlməklə ən pis halda gümüş medalı özünə təmin edib. Bu gün isə qızların final döyüşlərinə start verilib. Finalcilarimizdan biri artıq həlledici döyüşünü də qələbə ilə başa vuraraq Avropa çempionu adını qazanıb və qızıl medala layiq görülüb. Söhbət 50 kq-da rinqə çıxan Əminə Tağıdan gedir.
Bu gün daha üç finalcimiz - Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) qızıl medal uğrunda son həlledici döyüşünə çıxacaq.
Bürünc medallari isə çıxışını üçüncü yerdə bitirən Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) triosu qazanıb.
Yeri gəlmişkən, oqlanlardan ibarət yığma komandamızın üzvlərindən isə altısı yarımfinal mərhələsinə adlayıb.
İNTİQAM Məmmədov


