"Sabah" FK AL-da cavab matçına çıxacaq
Bu gün futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Bu mərhələdə ölkəmizi təmsil edən "Sabah" klubu Sloveniyada yerli "Tsele" klubunun qonağı olacaq. Oyun saat 20:00-da Tsele şəhərindəki "Zdeleje" stadionunda başlanacaq. Oyunun taleyi bolqarıstanlı referi Draqomir Draqanova həvalə edilib. İki oyunun nəticəsinə görə cütün qalibi olan klub növbəti mərhələdə "AEK" (Kipr) - "Partizan" (Serbiya) matçının qalibi ilə üzləşəcək.
Xatırladaq ki, ilk oyunda "Sabah" doğma divarlar arasında çıxış etsə də meydanı doğma publika qarşısında məğlub durumda tərk edib - 2:3.
İNTİQAM Məmmədov


