Paşinyan Petrosyanı istefaya göndərir
Ermənistan mətbuatı xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyanı vəzifəsindən azad edib.
Petrosyan bu vəzifəyə 2021-ci ilin dekabrında təyin edilib.
Bundan əvvəl mətbuat onun həbsdə olan iş adamı Samvel Karapetyana məxsus şirkətin milliləşdirilməsindən sonra “Ermənistan Elektrik Şəbəkələri” QSC-yə menecer təyin olunmalı olduğu barədə məlumat yayıb.


