Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış keçirildi- Dilavər Nəcəfov 

Fevralın 18-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dağ-xizəyi yarışı keçirilib. “Şahdağ” yay-qış turizm mərkəzində təşkil edilən yarışda böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi iştirak edib.

Yarışın ilk günündə 3 böyük yaş kateqoriyası üzrə kişi və qadınlardan ibarət xizəkçilər “Slalom Gigant” növü üzrə mübarizə aparıblar.

Qalibləin mükafatlandırılması mərasimində Qış İdmanı Növləri Federasiyasının prezidenti, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və bir sıra tanınmış idmançılar iştirak ediblər.

Best coffeeshop in Berlin