Azərbaycan cüdoçuları mübarizəyə üç qızılla başlayıb
Şimali Makedoniyanin paytaxtı Skopyedə 18-ci Avropa Gənclər Olimpiya Yay Festivalında cüdo yarışlarına start verilib. Yarışların ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, ilk gündə tatamiyə çıxan hər üç təmsilçimiz birinci yeri tutaraq çempion adını və qızıl medal qazanıb. Çempionlar triosunda Gülşən Hüseynova (44 kq), R. Xəlili (50 kq) və Rəsul Əlizadə (55 kq) yer alıb.
Qeyd edək ki, Azərbaycan komandası ilk gündən sonra qazandığı medalların sayına və əyarına görə ümumi komanda hesabında birincidir.
İNTİQAM Məmmədov


