"Qarabağ" Avrokuboka səfərdə qələbəylə başlayib, "Zirə" isə....
Dünən futbol üzrə UEFA Çempionlar Liqası və Konferensiya Liqasınınin ikinci mərhələsinin ilk oyunları ilə Avropada yenidən futbol həyacanı yaşanıb. Hər iki turnirdə Azərbaycan təmsil olunub. Klub yarışları arasında ən səviyyəlisi hesab edilən Cempionlar Liqası turnirində Azərbaycan çempionu "Qarabağ", digər turnirdə isə "Zirə" mübarizə aparıb. Təcrübəli məşqçi Qurban Qurbanovun başçılıq etdiyi çempionumuz səfərdə İrlandiyanın paytaxtı Dublində yerli "Şelburn" klubunun qonağı olub. Qeyd edək ki, "Tolka Park" stadionunda baş tutan və taleyi xorvatiyalı referi Ante Çulina həvalə edilən oyun "Qarabağ'in böyük hesablı qələbəsi ilə bitib - 0:3. Matçda ilk qolu 31-cibdəqiqədə Leandro Adrade vuraraq hesabı açıb və çempionumuzu hesabda irəli çıxarıb - 0:1. Maraqlıdır ki, 81-ci dəqiqədə vurulan ikinci qolun müəllifi isə matçın 77-ci dəqiqəsində Andradeni əvəz edərək meydana çıxan Aleksey Kaşuk olub - 0:2. Matçda son nöqtəni 85-ci dəqiqədə Nəriman Axundzadə qoyub - 0:3.
Cavab oyunu İyulun 30-da Bakıda keçiriləcək.
"Qarabağ"dan fərqli olaraq, rəqibini evdə qəbul edən "Zirə" isə turnirə xal itkisi ilə başlayıb. Belə ki, paytaxt Bakıda yerləşən "Neftçi Arena"da Xorvatiyanın "Hayduk" klubunu qəbul edən "Zirə" ilk yarını qələbə ilə başa vursa da, bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. 31-ci dəqiqədə Buraxım Kontenin vurduğu qola (1:0) 68-ci dəqiqədə qonaqlardan Entoni Kelik qolla cavab verərək hesabı bərabərləsdirib - 1:1.
Bu cütlərin qalibi iyulun 31-də keçiriləcək. "Zirə" cavab matçına qonaq qismində çıxacaq.
İNTİQAM Məmmədov


