İstanbulda Gənclər Paralimpiya Oyunlarının açılışı olub
İyulun 24-də Türkiyənin İstanbul şəhərindəki Cebeci İdman Kompleksində sayca 7-ci olan Gənclər Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib. İyulun 27-dək davam edəcək bu oyunlarda Azərbaycan paralimpiyaçıları da iştirak edirlər. Açılış mərasimində Azərbaycan komandasının bayraqdarları parataekvondoçu Sabir Zeynalov və boccia yığmamsının üzvü Fidan Səfərəliyeva olub.
İNTİQAM Məmmədov


