Atletimiz Əlhəm Nağıyev Balkan çempionu olub
Yunanıstanın Volos şəhərində açıq məkanda yüngül atletika üzrə Balkan çempionatı keçirilib. Çempionatda iştirak edən Azərbaycan təmsilçisi Əlhəm Nağıyev 200 metr məsafədə bütün rəqiblərini geridə qoyaraq, Balkan çempionu adını qazanıb və qızıl medala layiq görülüb. O, 19 atletin mübarizə apardığı məsafəni 20,70 saniyəyə qət edərək finis xəttini birinci keçib.
Xatırladaq ki, Balkan çempionatında ilk dəfə qızıl medal alan Azərbaycan təmsilçisi Amma Skidan (disk atan) olub. Bu ilin fevralında isə daha bir təmsilçimiz - Rüstəm Məmmədov qapalı məkanda Balkan çempionu olub.
İNTİQAM Məmmədov


