Atletimiz Lətif Əliyev AÇ-da ikinci yeri tutub
İspaniyanın paytaxtı Madriddə 15 yaşlı (U-15) yeniyetmələr arasında ağır atletika üzrə keçirilən və Azərbaycan atletlərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Dünən çempionatda daha bir idmançımız uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Söhbət 71 kq çəki dərəcəsində körpücük üzərinə çıxaraq mübarizəyə qatılan Lətif Əliyevdən gedir. Atletimiz bir kiçik qızıl medal və bir gümüş medalla yadda qalıb. Qeyd edək ki, birdən qaldırmada 108 kq ağırlığı ram edərək kiçik qızıl medal qazanan Lətif təkanla qaldırmada isə 129 kq nəticə göstərib. İki hərəkətin cəmində isə o, 237 kq nəticə ilə həmyaşıdları arasında Avropa ikincisi olmaqla gümüş medal qazanıb.
İNTİQAM Məmmədov


