Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Muhəmmədəli Məmmədzadə AÇ-da iki gümüşlə ikinci olub

İspaniyanın paytaxtı Madriddə 15 (U-15) və 17 (U-17) yaşlı yeniyetmələr arasında ağır atletika üzrə keçirilən Avropa çempionatı artıq başa çatıb. Çempionatın son günü daha bir atletimiz uğurla çıxış edərək mükafatçılar sırasında yer alaraq, fəxri kürsüyə qalxıb.

Bu dəfə 15 yaşlılar arasında körpücük üzərinə çıxan Muhəmmədəli Məmmədzadə (88 kq) fərqlənib. Yarışda biri kiçik olmaqla, iki gümüş medal qazanan atletimiz AÇ-da ikinci yeri tutub.

Qeyd edək ki, birdən qaldırmada 122 kq ağırlığı başı üzərinə qaldıraraq kiçik gümüş medal qazanan Muhəmmədəli təkanla qaldırmada isə 147 kq nəticə ilə yadda qalıb. İki hərəkətin cəmində 269 kq nəticə göstərən atletimiz AÇ-da ikinci yeri tutmaqla gümüş medala layiq görülüb.

Təəssüflər olsun ki, onunla eyni çəkidə körpücük üzərinə çıxan Ayxan Məmmədov işə iki hərəkətin cəmində 218 (102+116) kq göstərici ilə AÇ-da altıncı yeri tutub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin