Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Snayperimiz Ruslan Lunev AÇ-da ikinci yeri tutub 

Fransanın Şatoru şəhərində böyüklər arasında stend və güllə atıcılığı üzrə keçirilən və Azərbaycan snayperlərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Bu gün çempionatda daha bir snayperimiz uqurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Söhbət təcrübəli snayper Ruslan Lunevdən gedir. O, 25 metr məsafəyə atəş açmaqda fərqlənib. Dəqiq atışları ilə 583 xal toplayan Ruslan çıxışını ikinci yerdə bitirməklə gümüş medala layiq görülüb. Maraqlıdır ki, Avropa çempionu adını qazanan ukraynalı snayper Pavlo Korostyulov da 583 xal toplayıb

Lakin o, son seriyada göstərdiyi üstünlüyə görə qızıl medal qazanıb. 

Xatırladaq ki, Lunevdən öncə daha üç təmsilçimiz medal qazanaraq, fəxri kürsüyə qalxıb. Güllə atıcılığı üzrə yarışlarda Xanna Əliyeva (25 metr məsafədə) və dairəvi stend atıcılığı üzrə keçirilən qarışıq qoşa yarışda isə Niyazi Ağazadə/Riqina Meftahəddinova cütlüyü bürünc medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin