YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Hümbət Quliyev:
Dilək haqqında
(Esse)
İnsanın olanına " şükr" etməsi gözəldir. Eyni zamanda, dualarınızda siz cəsarətlə, çəkinmədən Uca Allahdan istədiklərinizi də diləyə bilərsiniz. Demək istəyirəm ki, təkcə şükrlə kifayətlənməyin, Yaradanın qarşısında təvəzökar görünməməkdən də qorxmayın, çünki Allah hər birimizi sevərək yaradıb və sonsuz bir məhəbbətlə sevməkdə də davam edir.
Nə istəyə bilərsiniz? Hər şey: sağlamlıq, pul, mal, dövlət, ruzi, bərəkət.
Özü də bunlardan bol- bol diləyin. Amma duanızın sonunda söz verin ki, sizə verilənlərdən ehtiyacı olanlarla da bölüşəcəksiniz. Bu fikir çox vacibdir, səxavətli olan Allah bölüşənləri sevir, sidq ürəklə bölüşənlərə daha da çox verir.
İnsan həyatının ən böyük mənası da olanlarınla: fikirlərinlə, malınla, elminlə bölüşməkdir. Təkcə özünüzə deyil, yaxınlarınıza, dostlarınıza, xalqınıza, ümmətinizə də yaxşılıqlar diləyin, çünki nemətləri bol olan insanlar arasında yaşamaq gözəldir.
Mən də Böyük Allahın mərhəmətinin həmişə sizlərin də üzərində olmasını sidq ürəklə diləyirəm.
Hümbət Həsənoğlu


