Türkiyədə mədən çökdü: Ölən var
Türkiyənin Elazığ vilayətinin Kayaönü kəndi yaxınlığındakı xrom mədənində baş verən çökmə nəticəsində 4 işçidən 3-ü sağ-salamat xilas edilib.
AZpress.AZ "Haber Global"a istinadən xəbər verir ki, dağıntılar altında qalan bir işçi həlak olub.
Səbəbi hələ müəyyən edilməyən çökmə özəl xrom mədənində baş verib. Həlak olan işçinin meyitinin mədəndən çıxarılması istiqamətində işlər görülür.
Hadisə ilə bağlı hərtərəfli araşdırmalara başlanılıb.
11:56
Türkiyənin Elazığ bölgəsinin Alacakaya rayonunda fəaliyyət göstərən mədəndə çökmə baş verib.
AZpress.AZ bu barədə Türkiyə KİV-ə istinadən məlumat yayıb.
Qeyd olunur ki, mədən çökməsi nəticəsində fəhlələrin torpaq altında qaldığı bildirilir. Hadisə yerinə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD), Türkiyənin Səhiyyə Nazirliyinin Milli Tibbi Xilasetmə Qrupunun əməkdaşları, həmçinin polis qüvvələri cəlb ediliblər.
İtkin düşən şəxslərin xilas edilməsi istiqamətində işlər görülür.


