Elxan Salahov:
Həyat çox amansız və acı oldu, nə qədər pisliklər yüklədi bizə!
Kəlbəcərin işğalından sonra çox çətin illəri geridə qoymuşduq. Xırdalamaq istəmirəm, çəkilə bilməyəcək qədər ağır olur...
Kəlbəcərin azad olunması ilə bizim üçün həyat yenidən başlayırdı. Nə biləydik ki, qabağa düşüb böyük bir nəsli yurdumuza qaytara biləcək ən güvəncli bələdçimizi bir göz qırpımında itirəcəyik...
Viran qoyulmuş yurdumuzu, dağıdılmış məzarlarımızı ziyarət edəndən cəmi 2 ay sonra, 2021-ci ilin 14 dekabrında.
Azad olunmuş Başlıbeli bircə dəfə gördü. Bir neçə saatlıq ziyarətdən geri qayıdanda Murovun başından Kəlbəcərə boylana-boylana qalmışdı. Həmin anı "Report"dan olan həmkarım lentə almışdı, qardaşım olduğunu bilmirdi, sadəcə, fotoqraf gözü ilə görüb çəkmişdi...
Həyat çox amansız və acı oldu, nə qədər pisliklər yüklədi bizə!
Yerin behişt olsun, qardaş!
Əzizim Başlıbelə,
Yol gedər Başlıbelə,
Yurd dağılıb, el köçüb
Necə dönüm Başlıbelə?!


