Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Taliban" Kabildə qadın gözəllik salonlarını kütləvi şəkildə bağlamağa başlayıb

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı paytaxt Kabildə qadın gözəllik salonlarını kütləvi şəkildə bağlayır.

AZpress.AZ bu barədə "Tolo News" portalına istinadla xəbər verir.

Bildirilir ki, bu qadağa çərçivəsində yüzlərlə salon bağlanıb. Şahidlərin sözlərinə görə, hərəkat nümayəndələri binaları yoxlayırlar, salonlar aşkar edirlər, sonra isə onları dağıdırlar və ya avadanlıqları müsadirə edirlər.

Bu hərəkətlər nəticəsində, gözəllik sənayesində çalışan qadınların iqtisadi vəziyyəti ciddi şəkildə pisləşib.

Qadağadan əvvəl sözügedən sənayedə 60 minə yaxın qadın işləyirdi, onların da bir çoxu ailələrinin əsas təminatçısı idi.

Best coffeeshop in Berlin