Qəzənfər Həmidoğlu:
Türk futbolunun qara günü - rəzillik dibə vurdu!
Yazıqlar olsun! "Ankaragücü" futbol klubunun prezidenti Türkiyə Superliqasının hakimini yumruqla yerə sərib təpiklədi - Türk futbolunun marka və imici də yerləbir oldu.
Türkiyə futbolunun nicatı yönətimində radikal dəyişikliyə gedilməsidir ki, bu biabırçılığın altından çıxmaq, dibəvurmadan qurtulmaq mümkün olsun.
Ümid "Qalatasaray"adır ki, bu gün Kopenhagendə uğurlu nəticəyə nail olsa, bəlkə Türk futbolunun bu acısını bir az xəfiflətdi.


