Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABŞ-də təyyarə qəzası: Havaya qalxarkən toqquşdular

ABŞ-nin "Delta Air Lines" şirkətinə məxsus təyyarə Atlanta hava limanından havaya qalxarkən başqa bir təyyarə ilə toqquşub.

Bu barədə "Associated Press" nəşri məlumat verib.

Nəşrin məlumatına görə, təyyarənin qanadı boş təyyarəyə toxunub. "FlightAware" xidmətinin bildirdiyinə görə, təyyarə Atlantadan Qvatemalaya uçmalı idi.

Hadisədən sonra sərnişinlər başqa təyyarəyə köçürülüblər. Ümumilikdə hadisə zamanı təyyarədə iki pilot və dörd stüardessa da daxil olmaqla, 198 nəfər olub. Aviaşirkətin mətbuat xidməti xəsarət alanların olub-olmadığı barədə məlumatın daxil olmadığını bildirib.

Best coffeeshop in Berlin