(AZpressAZ-in arxivindən: 2024-cü il)
YADA DÜŞƏR XATİRƏLƏR
Sumqayıt Dövlət Dram Teatrında növbəti tamaşaya daxili baxış keçirilib
Sumqayıt Dövlət Dram Teatrında 18.12.2023 tarixində Tuncər Cücənoğlunun "Uçqun" əsəri üzrə hazırlanmış tamaşaya daxili baxış keçirilib. Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Əsərdə insanların daxilindəki xofdan, tabudan, zərərli köhnə adətlərdən qurtulmaq, mübariz olmaq, sevgisinin arxasında dayanmaq kimi dəyərlər təlqin edilib.
Tamaşanın nümayişindən sonra müzakirədə teatrın direktor əvəzi, Əməkdar artist Vidadi Məmmədov, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, bədii şuranın üzvləri və yaradıcı heyət fikirlərini bölüşüb. Maraqlı polemika aparılıb. Sonda ümumulikdə tamaşanın uğurlu alındığı vurğulanıb və yanvar ayında premyeranın gerçəkləşdirilməsi qərara alınıb.


