“Milli Qəhrəmanlarımız” layihəsi davam edir
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlar haqqında videoçarxlar hazırlanır.
Növbəti dördüncü videoçarxVətənimizin azadlığı, dövlətçiliyimizin qorunması və suverenliyimiz uğrunda qəhrəmanlıq göstərən igidlərimiz haqqındaÜmummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə başlayır.Azərbaycanın Milli Qəhrəmanları Maşallah Abdullayev, Etibar Əliyev, Tabil Həsənov, Yevgeni Karlov, Rafiq Alıcanov, Faiq Əmirov, Novruz Qurbanov, Zabit Quliyevhaqqında məlumat verilir,onların şərəfli döyüş yolu işıqlandırılır. Videoçarxın “Təltiflər” və “Xatirəsi” bölmələrində Milli Qəhrəmanların təltifləri və xatirələrinin əbədiləşdirilməsi haqqında məlumat var.
Videoçarxda məlumat verilən igid Milli QəhrəmanınbeşnəfəriQarabağ müharibələrində,bir nəfər “Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə çıxışındəf edilməsi(1993), iki nəfər 13-17 mart (1995)tarixlərində dövlət çevrilişinə cəhdin qarşısınınalınması zamanı qəhrəmanlıq göstərmişdilər.
Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:
https://www.youtube.com/watch?v=om0O_8rQeRM


