Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İki güləşçimiz DÇ-da bürünc uğrunda güləşəcək 

Dünən Bolqarıstanın Somokov şəhərində 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə dünya çempionatına start verilib. Azərbaycan yığmasının da qatıldığı bu çempionatın ilk günü çəkisi 70, 74, 97 və 125 kq olan idmançılar döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə başlayıb. Qeyd edək ki, bu çəkilərdə müvafiq olaraq ölkəmizi Nurlan Ağazadə, Ağanəzər Novruzov, Rəvan Musayev və ən ağırımız olan Yusif Dursunov təmsil edib. AGF-dən verilən məlumata görə, dördlüyümuzdən yalnız ikisi - Ağazadə və Dursunov mükafat qazanmaq şansı əldə edib. Belə ki, yarımfinalda budrəyən hər iki təmsilçimiz günün sonunda bürünc medal uğrunda görüşə çıxacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin