Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Səadət Qərib: 

Bacaracam

Esse

Bu aralar çox dağınığam.

Yəni beynimin içi də , çölü də dağınıq,dalğın...

Başımı götürüb qaçmaq istəyirəm.

Amma başımın içindəkiləri də mənlə gəldikdən sonra hara qaçmağımın nə mənası...

Sən getdikdən sonra gözlərim sanki bütün dünyanın dənizlərinin duzlu suyunda boğuldu...

Hər an ürəyimdə fırtına qopacaq kimi həyacanlanıram.

Bu fırtınanı özümdən başqa kimsənin durduramayacağını da bilirəm.

Biraz tək qalmaq istəyirəm.

"Hər kəsdən uzaq olmaq"özümə yaxın olmağıma, özümlə səmimi olmağıma şərait yaradacaq. Özümlə tək qaldığım zamanlar özümü kəşfetdiyimi yaxşı xatırlayıram.Və olub bitənləri gözdən keçirdikcə qəlbimdəki ağrıdan heç nə hiss etmirəm, sanki keyiyir hisslərim, get-gedə hissizləşirəm. Bu ağrı- acıları bir çantaya doldurub ata bilsəydim,unuda bilsəydim çəkdiklərini...

Acının uçurumundayam.

Toparlanma zamanı olduğunu anlayıram.Bütün gücümü toplayıb səni sadəcə acımadan, gözəl xatırlamaq istəyirəm.

Bunu bacaracam!...

Bunu bacardığım gün əminəm ki , ruhun da şad olacaq ey unudulmaz yarım.

Səadət Qərib

Best coffeeshop in Berlin