Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Vətən Müharibəsi Qəhrəmanının övladı da tələbə adını qazandı

Ali məktəbə qəbul olunan abituriyentlər arasında Vətən Müharibəsi Qəhrəmanı şəhid Sübhan Cəbrayılovun oğlu Rahim Cəbrayılov da var.

AZpress.AZ-ın məlumatına görə, o, Bakı Mühəndislik Universitetində təhsil alacaq.

Şəhidimizin övladı kompüter mühəndisliyi ixtisası üzrə oxuyacaq.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub.

O, Qubadlı rayonu istiqamətində şəhid olub.

Best coffeeshop in Berlin