Nikah məmuru gəlinin keçmiş sevgilisi çıxdı
Filippində keçirilən toy mərasimi maraqlı anlara şahidlik edib.
Kilsədə keçirilən mərasimdə bəylə gəlini evləndirməyə gələn nikah məmuru gəlinin keçmiş sevgilisi çıxıb.
Gəlini görəndə çox təəccüblənən məmur mərasimin ortasında gənc qadının onun keçmiş sevgilisi olduğunu etiraf edib:
"Bu ancaq filmlərdə olur. Böyük narahatlıqla deyirəm ki, gəlinlə aramızda illər əvvəl romantik münasibət olub".
Qonaqlar və bəy bu vəziyyətə gülərək reaksiya veriblər.


