Yunan-Roma üzrə U-20 millimiz dünyada üçüncü olub
Bolqarıstanın Samokov şəhərində 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi dünya çempionatına klassiklərin çıxışı ilə yekun vurulub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yunan-Roma güləşi üzrə U-20 millimiz mundialı bir dəst medal (1-1-1) və topladığı 90 xalla üçüncü yerdə başa vurub. Qeyd edək ki, ötən illərlə müqayisədə bu göstərici yunan-Roma güləşi üzrə yığma komandamızın ən yaxşı nəticəsidir.
Qazanılan medallara gəlincə, qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran Ayxan Cavadovun (60 kq), gümüş yalnız həlledici finalda büdrəyən Turan Daşdəmirovun (55 kq), bürünc isə Fəraim Mustafayevin (67 kq) aktivinə yazılıb.
İNTİQAM Məmmədov


