Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan millisi DQS-nin "Səbail" mərhələsində 1/4 finalında 

Bakıdakı Fanatlar meydanında 3x3 basketolu üzrə Dünya Qadın Seriyasının "Səbail" mərhələsinə start verilib. Qeyd edək ki, 9 yiqma komandanın və 3 klubun 4 müxtəlif qrupda  mübarizə apardığı turnirin ilk günü qrup oyunları başa çatıb. Turnirin B qrupunda yer alan Azərbaycan millisi Çexiya və Filippin komandası ilə qarşılaşıb. Çexiyaya (15:17) uduzub Flippini (21:14) məğlub edən Azərbaycan komandası qrup ikincisi olmaqla 1/4 finala yüksəlib. Sabah isə millimiz 1/4 final çərçivəsində Rumıniya ilə qarşılaşacaq (saat 16:25).

Xatırladaq ki, DQS-nin geridə qalan 9 mərhələsinin ikisində (Buxarest və Sumqayıt) qalib olan millimiz hazırda 235 xalla yarış cədvəlində 8-ci yerdədi.

İNTİQAM Məmmədov

Best coffeeshop in Berlin