AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:
Hümbət Quliyev:
Bu gecə…
(hekayə)
Yuxuda beynim saat kimi işləyir, təəccüblü deyil, çünki yuxuda 21 yaşım vardı. Maraqlıdır ki, bir neçə işi beynim paralel görür, gərginliksiz. Bu gecə Nyu- Yorkda olmuşam, çoxmərtəbəli binalar arasında gəzişmişəm, elə özüm kimi gənclərlə. Özümdən asılı deyil, liderlik xüsusiyyətlərim güclüdür, ağzımı açmasam da bir müddətdən sonra hamı başıma yığışır. Ətrafıma yığışanlar dedilər ki;- gecəni yola vermək üçün pul lazım olacaq. Hərə cibindəkiləri çıxarıb ortaya tökdü, mənim də cibimdən nələrsə çıxdı. Qaradərili bir oğlan dedi ki, bu çox azdır, yenə tapmalıyıq. Etiraz elədim, dedim ki;- yeməyimizə bəs edər.
Hamı susdu. Məsələni başa düşüb öz pulumu götürüb, yaxınlaşan qatara mindim. Arxamca da bir qıyıqgöz oğlan mindi, yanımda dayandı. Yapon dilində dedi ki, səninlə qalıram, narkotikə mən də yox deyirəm. Yapon dili bildiyimə təəccüblənmədim.
Sonra o, arxa cibindən çoxlu pul çıxarıb dedi ki, pul problem deyil. Gecənin elə yarısına qədər məqsədsiz bir qatardan düşüb, başqasına minirdik. Beynim bu xaousun içində hər şeyi müşahidə edir, hər bir xırdalığı qeyd edirdi, arada bekarçılıqdan iki aforizm yazdı və bir novellanın əvvəldən- axıra qədər süjetini qurdu…
Hümbət Həsənoğlu


