Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

FOTOQRAFİYA sirr içində bir sirrdir

Fotoqrafiya həm incə, həm də peşəkarlıq tələb edən sənətdir. Fotoqrafiyanın özəlliyi ondadır ki, burada fotoqraf öz bədii baxışını ifadə edir. Bəs peşəkar fotoqraf necə adlanır? Fəaliyyət sahəsinə və fotoqrafiya janrına görə fotojurnalist fotojurnalistika ilə məşğul olur. Fotoqraf bədii fotoşəkillər yaradır. Fotoqraf müxtəlif növ kameralardan istifadə edərək foto şəkillərin peşəkar yaradıcısıdır. Belə peşəkar fotoqraflardan biri də Pəri Arifqızıdır. ( https://www.facebook.com/peri.arifqizi )

Pəri Arifqızı bir sıra media qurumlarında fəaliyyət göstərmişdir.  
2012-ci il 27 sentyabr mərhum sənətkarlarımıza aid "Dünəndən yadigar" adlı fərdi foto sərgisi olmuşdur.
Gənclər fondu tərəfindən keçirilmiş qrant layihələrdə ilk dəfə "Foto-fokus", növbəti ildə isə "Sərhədsiz Azərbaycan " adlı foto-layihələrin qalibi olmuşdur. Fotojurnalist kimi Azərbaycanda keçirilən bir çox beynəlxalq layihədə (Baku 2015, İslam oyunları, Formula 1 və s.), "AZpress.AZ" İnformasiya Agentliyində fotoqraf kimi çalışmışdır. Pəri Arifqızı 2023-cü ildə Türkiyədə böyük yoga festivalına dəvət alaraq fotoqraf kimi çəkilişlər etmişdir. Hal-hazırda "M teatrla"əməkdaşlıq edir.

Xeyransa İsmayılova

Best coffeeshop in Berlin