Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 "Qarabağ" UEFA Çempionlar Liqasınin əsas qrup mərhələsində 

Dünən futbol üzrə UEFA Çempionlar Liqasınin pley-off mərhələsinin cavab oyunları keçirilib. Ölkəmizi bu möhtəşəm turnirdə təmsil edən "Qarabağ" klubu cavab oyunları çərçivəsində Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına respublika stadionunda keçirilən və taleyi fransalı referi Kleman Tyurpenə həvalə edilən oyun qonaq komandanın qələbəsi ilə başa çatıb - 2:3 (2:1).

Qolları ev sahibindən Leandro Andrade (25-ci dəq.) və Abdella Zubir (45-ci dəq.), qonaqlardan isə Lenni Jozef (12-ci dəq), Barnabaş Varqa (55-ci dəqiqə, penaltı) və matçın 72-ci dəqiqəsində əvəzləmə ilə meydana çıxan Aleks Tot (82-ci dəq) vurub. 

Xatırladaq ki, "Qarabağ" bir həftə öncə səfərdə keçirdiyi ilk oyunda 3:1 hesabla qalib gəldiyi üçün iki oyunun ümumi nəticəsinə görə (5:4) cütün qalibi olaraq CL-nin əsas qrup mərhələsində oynamaq hüququ qazanıb. 

Bu gün saat 20:00-da Monakoda turnirin qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bununla da "Qarabağ"in hansı qrupda kimlərə rəqib olacaqi bəlli olacaq. Yeri gəlmişkən, "Qarabağ" hazırda "Kopenhagen" (Danimarka), "Qalatasaray" (Türkiyə), "Monako" (Fransa), "Yunion" (Belçika), "Atletik" (İspaniya), "Nyukasl" (İngiltərə), "Pafos" (Kipr) və "Kayrat" (Qazaxıstan) klubu ilə birlikdə 4-cu səbətdə yer alıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin