Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Əkbər Qoşalı: 

Fərid Əhmədovun doğum günüdür

Bu gün Azərbaycanın igid zabiti Fərid Güloğlan oğlu Əhmədovun doğum günüdür (19.01.1986, Cəlilabad – 04.09.2010, Çiləbürt, Tərtər).

Fərid Əhmədov 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib, həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə (indi Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstituta) daxil olub. 2007-ci ildə ali təhsilini uğurla bitirib, leytenant rütbəsi alıb. 2007–2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşmə kursu keçib. 2008–2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmətdə olub.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun nəşi düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Azərbaycan və Ermənistan tərəflərinin razılaşmaları sonucunda qaytarılıb.

Ruhuna dərin sayğılar!

Best coffeeshop in Berlin