Ermənistanda 44 günlük müharibə üzrə komissiya işini başa çatdırı
44 günlük müharibənin şəraitini araşdıran müvəqqəti komissiyanın hesabatı Ermənistan parlamentinin sədri Alen Simonyana göndərilib.
AZpress.AZ xəbər verir ki, bu barədə parlamentin müdafiə və təhlükəsizlik komissiyasının səhifəsində məlumat verilib.
Komissiya 2022-ci ilin fevralında hakim “Mülki Müqavilə” fraksiyasının təşəbbüsü ilə yaradılıb. İşi çərçivəsində 2020-ci il müharibəsindən əvvəl və müharibə zamanı ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan şəxsləri görüşlərə dəvət edib.
Bundan əvvəl komissiyanın rəhbəri Andranik Köçəryan hesabatın tam şəkildə 2025-ci ilin payızında, sentyabr sessiyası zamanı parlamentə təqdim ediləcəyini bildirmişdi. Onun sözlərinə görə, hesabatın bəzi hissələrinin konfidensiallığı məsələsi açıq qalır və geniş ictimaiyyətin məlumatlara çıxış səviyyəsi hələ müəyyən edilməyib.


