Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyənin müdafiə şirkəti Ukraynaya gedir

“Ukroboronprom” dövlət konserni bir sıra Polşa, Avropa və Türkiyə şirkətləri ilə naviqasiya avadanlığı və silah istehsalı üçün komponentlərin tədarükünə dair müqavilələr imzalayıb.

AZpress.AZ xəbər verir ki, bu barədə konsernin baş direktoru German Smetanin məlumat verib.

"Ukroboronprom müəssisələrindən biri bu gün Ukrayna zavodunun məhsullarından biri üçün komponentlərin istehsalı layihəsinin detalları ilə bağlı danışıqları uğurla aparıb... Bir neçə sövdələşmə bağlanıb", - Smetanin Telegram kanalında yazıb.

Ukroboronprom-a daxil olan zavodlardan biri Polşanın ən böyük müdafiə holdinqi PGZ (Polska Grupa Zbrojeniowa) şirkəti ilə döyüş sursatlarının istehsalı üçün vacib komponentlərin tədarükü üçün müqavilə imzalayıb.

Bundan əlavə, ağır silahların istehsalı üçün zəruri olan böyük həcmdə məhsulların tədarükünü nəzərdə tutan Avropa təchizatçısı ilə iki illik müqavilə bağlanıb. Şirkətin mənşə ölkəsi açıqlanmır. Üçüncü saziş türk istehsalçısından naviqasiya avadanlığının sınaq partiyasının tədarükünə aiddir.

Best coffeeshop in Berlin