Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rusiya estoniyalı diplomatı ölkədən çıxarır

Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Marek Juhtegi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Estoniya səfirliyinin əməkdaşlarından birinin ölkədən çıxarılması barədə məlumat verilib.

AZpress.AZ xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu tədbir Tallinin oxşar hərəkətlərinə cavabdır.

"Sentyabrın 4-də Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Marek Juhtegi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu il avqustun 13-də Rusiyanın Tallinndəki səfirliyinin diplomatının heç bir əsas olmadan persona non-qrata elan edilməsi ilə bağlı Estoniya diplomatik missiyasının rəhbərinə kəskin etiraz bildirilib". “Rusiya tərəfi qarşılıqlılıq prinsipinə əsaslanaraq Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşının ölkədən çıxarılmasını elan edib”. Nazirlik həmçinin vurğulayıb ki, “Tallinin istənilən düşmənçilik hərəkəti cavabsız qalmayacaq”.

Best coffeeshop in Berlin