Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Hikmət Xudiyev: 

...36 ildən sonra əllərim yenə də Ulu Tanrının dərgahına ucalır...

Bu binada 1988-ci ildə 36 ailə yaşayırdı. Yeganə azərbaycanlı ailəsi biz idik - qalanı erməni idi. Həmin ilin bir qış günü mən də Xankəndidən evimi boşaldası oldum.. Çox çətinliklə, əlim cibimdəki "Makarov"un tətiyində, Slavik adlı azərbaycanlı, cəsur "KamAZ" sürücü, köməyimizə gələn xankədili Əli və mən doğma şəhərimizi tərk etdik. Gecəni Xocalıda qalıb, səhəri yola düzəldik. Ağdamda rəhmərlik Seyid Lazım Ağanı ziyarət etdim. Gözlərim yaşlı, əllərim min bir qəlb ağrısı ilə Uca Allahın dərgahına ucaldı...

Nuridə Hümbətova:

Allah bizim zülmlərimizə artıq son verdi. Amma ürəyimizə elə yaralar vuruldu ki, heç sağalmaz. Təkcə ona şükr edirəm ki, o donuzlar necə də qaçdılar. İnanmırdım. İndi Ölsəm də, yurdumuzda yaşamasam da o qədər rahatam ki, özümüzük.Mənim qardaşımın da evi var Xankəndində. Yəqin hamı gedib öz evinə sahib olacaq tezliklə. Amin.

...36 ildən sonra da əllərim yenə də Ulu Tanrının dərgahına ucalır, özü də şükranlıqla. Çünki indi o həyətdə 35 erməni ailəsindən biri də yoxdur. Mən isə Aləmlərin Rəbbinin izni ilə həmin məhəllədəyəm.

Best coffeeshop in Berlin