Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev: 

Arı və süni çiçək

(esse)

Bal arısı uzaqdan ağappaq ləçəkləri, sapsarı özəyi olan çiçək gördü. O, ömründə belə gözəl çiçək görməmişdi. O çiçəyin tacının ortasında yerləşən kasacığa enib başını çiçəyin yatağına saldı.

Bu yataqda gözəl çiçəyin dadlı da şirəsi olmalıydı. Amma o dili ilə ha yatağı gəzdisə, şirəyə dili dəymədi. O, dili ilə təkrar-təkrar yatağın bütün künc-bucağını gəzdi, çünki belə əsrarəngiz çiçəyin şirəsini mütləq dadmaq istəyirdi. Bu arzu ilə çiçəyin üzərində fırlanmağa başladı və bir neçə dəfə çiçəyin yatağına baş vurub sevgili şirəsini tapmağa can atdı, amma sevgili şirəsi haralarasa qeyb olmuşdu.

Arının cəhdlərini qıraqdan seyr edən insan övladı olanları haqsızlıq saydı: Təbii bal arısının süni çiçəklə izdivacı ədalətsizlikdir!

O, süni bal arısı yaratmağı çıxış yolu kim gördü və buna nail olacağına özünə söz verdi. Düşündü, necə gözəl olar: sünü bal arısı, süni çiçəyin, süni şirəsindən, süni insan üçün, süni bal hazırlayar.

İnsan öz süni sonluğuna doğru sürətlə irəliləyirdi…

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin